İdman
Salah daha bir rekordu təkrarladı: Bu dəfə mükafat qazanmaqla

"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının fevral ayının ən yaxşı oyunçusu seçilib.
Publika.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 32 yaşlı misirli vinger karyerasında yeddinci dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını alıb. Bu da liqa rekordunun təkrarlanması deməkdir. "Mançester Siti"nin sabiq forvardı Serxio Aquero və "Tottenhem"in keçmiş futbolçusu Harri Keynin hər biri yeddi dəfə bu mükafatı qazanıb.
Fevralda Salah Premyer Liqada 6 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə o, bu mövsüm bütün turnirlərdə "Liverpul"un heyətində 42 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib.
Heybət

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı