İdman
Mbappe Fransa yığmasının səhmlərini aldı

“Real”ın hücumçusu Kilian Mbappe Dünya Yelkənli İdman Seriyasında 12 milli komandadan biri olan “Fransa SailGP Team”in səhmdarına çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Athletic məlumat yayıb.
26 yaşlı fransızın sərmayəsinin dəyəri açıqlanmayıb. Lakin onun “Inspired by KM” fondu komandanın rəsmi xeyriyyə tərəfdaşı olacaq.
“Inspired By KM” vasitəsilə mən bütün dünyada gənclərə çatmaq və onlara arzularına inanmaq üçün güc vermək istəyirəm.
Biz hamıya qayğı göstəririk. Proqramımız vasitəsilə biz buna daha çox ehtiyacı olanlara konkret dəstək veririk. Biz birlikdə hər bir gəncin öz hekayəsini yaza və mükəmməlliyə nail ola biləcəyi bir gələcək qururuq”, – deyə Mbappe bildirib.
Qeyd edək ki, bu, futbolçunun ilk sərmayəsi deyil. Mbappe Almanoya elektronika şirkəti “Loewe”, lüks saat platforması “Wristcheck” sərmayə qoyub və Fransa Liqa 2-də mübarizə aparan “Kan” klubunun həmsahibi olub.

-
Region01:55
Zəlzələni 20 gün əvvəl təxmin edən professor DANIŞDI
-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım