İdman
“Qurban Qurbanovun sözünün qarşısında söz deyə bilmərəm”

Xəbər verdiyimiz kimi, “Kəpəz” Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.
Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. “Qarabağ”a qarşı əks-hücumda oynamağa məcbursan”.
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
- “Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var”.
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- “Kəpəz”də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq”.
- Komandanın içində olan problemləri tapa bildiz?
- “Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir”.

-
Magazin106:16
Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA - VİDEO
-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər