Mbappe Ronaldonun nailiyyətini üstələdi
Bizi izləyin

İdman

Mbappe Ronaldonun nailiyyətini üstələdi

Kilian Mbappe “Real Madrid”də ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.

Publika.az xəbər verir ki, Mbappe “Vilyarreal”la oyunda 6 dəqiqə ərzində dubl edib.

Fransız ilk mövsümündə bütün yarışlarda keçirdiyi 44-cü matçında “Real”ın heyətində 30 və 31-ci qollarını vurub.

Bu göstərici ilə Mbappe Ronaldonun nailiyyətini üstələyib.

Mbappe yay transfer pəncərəsində “Real”a keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm