İdman
“Barsa” bəd xəbəri açıqladı: Ən azı iki ay…

“Barselona”nın yarımmüdafiəçisi Kasado dizindən aldığı zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Publika.az xəbər verir ki, yarımmüdafiəçi “Atletiko” ilə oyunun (4:2) 67-ci dəqiqəsində Antuan Qrizmannla toqquşaraq zədələnib və əvəzlənib.
21 yaşlı futbolçu Millətlər Liqasının 1/4 finalında Niderland ilə görüş üçün İspaniya yığmasının heyətində yer almayıb. Onun yerinə “Bayer”dən Aleks Qarsiya çağırılıb.
“Mark Kasado əlavə tibbi müayinədən keçib və bu, sağ diz oynağının yan kollateral bağının qismən yırtıldığını təsdiqləyib.
Futbolçu konservativ müalicə alacaq, gözlənilən sağalma müddəti təxminən iki aya yaxındır”, – Kataloniya klubunun açıqlamasında deyilir.

-
İdman17:08
"Neftçi" Eminin qarşısına şərt qoydu: Ya bununla razılaşacaq, ya da gedəcək
-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir