Bu klubdan "Barselona"ya qarşı təxribat: Yamala təzyiq edirlər ki...
Bizi izləyin

İdman

Bu klubdan "Barselona"ya qarşı təxribat: Yamala təzyiq edirlər ki...

PSJ "Barselona"nın vingeri Lamin Yamala təzyiq edir.

Publika.az xəbər verir ki, buna səbəb 17 yaşlı ulduzun İspaniya klubu ilə yeni müqavilə imzalamasına mane olmaqdır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilərin planı Laminə hazırda "Real"da çıxış edən forvard Kilian Mbappe ilə eyni maliyyə şərtləri ilə müqavilə təklif etməkdir. Fransa klubu gənc ispaniyalını bu göstəricidə klubun rekordçusuna çevirməyə hazırdır.

Yamalın 18 yaşı tamam olanda "Barselona" ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə bağlayacağı bildirilir. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına kimidir.

Lamin bu mövsüm "Barsa"nın heyətində 38 matçda 13 qol vurub və 17 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, gənc futbolçunun transfer dəyəri 180 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm