Bekkenbauer turnirində iştirak etdi, klubsuz qaldı
Bizi izləyin

İdman

Bekkenbauer turnirində iştirak etdi, klubsuz qaldı

"Koritiba" təcrübəli futbolçusu Rafinya ilə müqaviləni ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə Braziliya klubu sosial şəbəkədə məlumat yayıb.

Tərəflər arasında müqavilə 2025-ci ilin sonuna kimi olsa da, onlar əməkdaşlığı erkən bitirməyə razılaşıblar.

Maraqlıdır ki, yerli media qurumları "Koritiba"nın qərarını 39 yaşlı braziliyalının Almaniyaya son səfəri ilə əlaqələndirirlər. Orada "Bayern"in əfsanəsi Frans Bekkenbauerin şərəfinə keçirilən xeyriyyə turnirində iştirak edib.

Rafinyanın kluba planlarını tam şəkildə bildirmədiyi deyilir. Futbolçu Braziliya təmsilçisinə məhkəmədə iştirak etmək üçün Almaniyaya getdiyini bildirib.

Qeyd edək ki, Rafinya 2011-2019-cu illərdə "Bayern"də çıxış edib. Bu müddət ərzində o, 7 dəfə Bundesliqa çempionu olub, 4 dəfə Almaniya kubokunu və Superkubokunu qazanıb. Həmçinin 1 dəfə Çempionlar Liqası və UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm