Çalhanoğlu Ardanın bu kluba keçməsini istəyir: O, hər şeyi bilir
Bizi izləyin

İdman

Çalhanoğlu Ardanın bu kluba keçməsini istəyir: O, hər şeyi bilir

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyə millisindəki komanda yoldaşı, "Real"ın cinah oyunçusu Arda Gülərin gələcək karyerası barədə danışıb.

Publika.az xəbər verir ki, o, Ardanın komanda yoldaşı olacağına ümid etdiyini bildirib:

“Arda milli komanda üçün çox vacib oyunçudur. Təbii ki, onun “İnter”ə gəlib oynamasını istəyirəm. Sonda hər kəsə keyfiyyətli futbolçu lazımdır. Amma onun Madriddə işlərinin necə getdiyini bilmirəm və qarışmaq istəmirəm. O, hər şeyi bilir.

Təbii ki, Ardaya daha çox oyun praktikası almağı məsləhət görürəm. Çünki buna layiqdir. Ümid edirəm ki, o, bizim komandaya gələcək".

Qeyd edək ki, bu mövsüm Arda bütün turnirlərdə "Real"ın heyətində 30 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm