İdman
Əfsanəvi Cordan vəfat etdi

Formula 1-in “Cordan” komandasının qurucusu və keçmiş sahibi Eddi Cordan xərçənglə uzun sürən mübarizədən sonra 77 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə F1-in saytı məlumat yayıb.
Cordan irlandiyalı yarış sürücüsü, iş adamı, şərhçi və analitik idi. 1970-ci və 1980-ci illərin əvvəllərində Eddi Formula Ford, Formula 3 və Formula 2 kimi kateqoriyalarda, eləcə də nüfuzlu 24 saat Le Manda yarışan İrlandiya kartinq çempionatının qalibi olub.
1991-ci ildə o, 2005-ci ilə qədər mövcud olan Cordan adlı özünün F1 komandasını qurub. Problemlər üzündən irlandiyalı komandanı Rusiyanın “Midland” şirkətinə satmaq məcburiyyətində qalıb.
Bundan sonra komanda bir neçə dəfə sahibini və adını dəyişib. 2018-ci ildə o, kanadalı milyarder Lourens Strollun mülkiyyətinə keçib. 2021-ci ildən komanda Formula 1-də “Aston Martin” adı altında yarışır.

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi