“Barsa”nın ilk xarici mağazası Cənubi Qafqazın bu şəhərində açılır
Bizi izləyin

İdman

“Barsa”nın ilk xarici mağazası Cənubi Qafqazın bu şəhərində açılır

“Barselona” yaxın vaxtlarda üç yeni mağaza açacaq.

Publika.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının verdiyi məlumata görə, lisenziyalaşdırma və merçendayzinq biznesinin inkişafı proqramı çərçivəsində üç klub mağazası açılacaq.

Onlardan birincisinin açılışı martın 29-da Tbilisidə (Gürcüstan) baş tutacaq. Qeyd olunur ki, Gürcüstanın paytaxtında yerləşən mağaza həm də “Barsa”nın ilk xarici mağazası olacaq. Aprelin 1-də Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma de Mallorka hava limanında açılacaq. Tədbirin yay aylarında keçirilməsi planlaşdırılır. Bundan əlavə, Tbilisidəki mağazanın Gürcüstan paytaxtının tarixi mərkəzində yerləşəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm