Hamı Mourinyonu Premyer Liqada görmək istəyir, amma…
Bizi izləyin

İdman

Hamı Mourinyonu Premyer Liqada görmək istəyir, amma…

Uilyam Qallas Joze Mourinyonun Premyer Liqaya mümkün qayıdışından danışıb.

“Fənərbağça” ya rəhbərlik edən portuqaliyalı mütəxəssis daha əvvəl İngiltərə çempionatında “Çelsi” (iki dəfə), “Mançester Yunayted” və “Tottenhem” də çalışıb.

– Joze Mourinyonu yenidən Premyer Liqada görə bilərikmi?

– Hamı Joze Mourinyonu yenidən Premyer Liqada görmək istərdi, amma sual budur ki, dəqiq harada? Başqa bir sual: o, yeni nəsil oyunçuları idarə edə biləcəkmi, onlar onu anlayıb onlardan tələb edəcəyinin öhdəsindən gələ biləcəklərmi?

Mourinyo ilə işləmək asan deyil, sonda uğurun səni gözlədiyini bilə-bilə güclü olmalı, qurban verməyə, əziyyət çəkməyə hazır olmalısan.

Mourinyo haqqında danışmaq məni həmişə güldürür, çünki o, mənim məşqçim olub. Məşqdə və oyunlarda əziyyət çəkməyə hazır idim, o, mənə kuboklar qaldırmağa imkanı verdi – “Çelsi” və “Arsenal”ın sabiq ounçusu “Spin Genie”yə bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm