Azərbaycan Haitiyə buna görə məğlub olub
Bizi izləyin

İdman

Azərbaycan Haitiyə buna görə məğlub olub

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub. Millinin məğlubiyyəti sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Belə ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub. Kimisi milli komandanın onsuz da zəif performans göstərdiyini bildirir, kimisi də qarşı tərəfin daha güclü olduğunu vurğulayır.

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı Azərbaycan yığmasının Haitiyə məğlub olmasında təəccüblü heç nə olmadığını deyib.

O, bu məğlubiyyətə görə qəzəblənənləri anlamadığını qeyd edib:

“Azərbaycan yığması dünyanın ən zəiflərindəndir. Azərbaycanı istənilən ölkə məğlub edə bilər və etməlidir. Bu reallıqdır. Mövcud reallığı qəbul etmək lazımdır, qəzəblənmək yox.

WhatsApp Image 2025 03 23 at 13.10.08

Haiti bir daha bizi başa saldı ki, Azərbaycanda futbol yoxdur, bu ölkədə futbolçu yetişdirilmir. Deməli, Azərbaycan yığmasının problemi məşqçilərdə deyil. İllərdir ki, AFFA rəhbərliyi bir əcnəbi məşqçini göndərir, digərini gətirir. Amma heç nə dəyişmir. Niyə? Ona görə ki, əsas problem həll edilmir”.

Jurnalist Azərbaycanda futbolçu yetişdirilmədiyini vurğulayıb:

“Bunun üçün infrastruktur qurulmalı, kadr potensialı toplanmalıdır. Sənin uşaq futbolun yoxdursa, deməli, yığman da yoxdur. Bu reallığı AFFA rəhbərliyi heç vaxt qəbul etməyib. Azərbaycan futboluna daim qeyri-peşəkarlar rəhbərlik edib. Onların da əsas işi pul “yumaq” olub.

AFFA-da rəhbərlik dəyişəndə, insanlarda inam yarandı ki, yeni gələnlər sələflərinin səhvlərini təkrarlamayacqlar. Amma Rövşən Nəcəf də milliyə əcnəbi məşqçi gətirdi. Kimsə ona dedi ki, Santuş cadugərdir, futbolçu olmayanları futbolçu etmək bacarığına sahibdir.

natiq muxtarli 9Amma məlum oldu ki, Santuş cadugər deyil. Rövşən Nəcəf bir ildir AFFA prezidentidir. Nə iş görüb? 4 milyon avroya kağız üzərində bərli-bəzəkli “strategiya” yazdırıb. Onu da əcnəbilərə yazdırıblar. Ölkədən xeyli valyuta çıxarıblar.

Rövşən Nəcəf bir ildə bircə rayona, qəsəbəyə, kəndə səfər edib, bölgələrdə futbolun durumu, infrastrukturu ilə maraqlanıb? Yox. Kabinetdə oturmaqla futbolu inkişaf etdirmək olmaz. Bizim futbolumuzun bəlası idarəçiliklə bağlıdır. Azərbaycan Haitiyə məhz buna görə məğlub oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm