Bu cütlük yarışa damğa vurdu: Ana, ata ilə evlənəcəksən? - VİDEO
Bizi izləyin

İdman

Bu cütlük yarışa damğa vurdu: Ana, ata ilə evlənəcəksən? - VİDEO

Paris marafonunun iştirakçılarından biri finişə çatandan dərhal sonra sevgilisinə evlilik təklifi edib.

Publika.az xəbər veri ki, Pyer və Enn-Sofi bütün məsafəni birlikdə qət ediblər. Finiş xəttində cütlüyü əllərində “Ana, ata ilə evlənəcəksən?” yazılmış pankart tutan 3 və 8 yaşlı oğulları qarşılayıb.

Nəfəsini dərən kişi cibindən nişan üzüyü olan qutu çıxarıb və Sofinin qarşısında diz çöküb. Qız "hə" cavabını verib, daha sonra göz yaşlarına boğularaq onları dəstəkləməyə gələn yaxınlarının gurultulu alqışları altında sevgilisini qucaqlayıb.

"Əvvəlki gecə çox yaxşı yatmamışdım. Üzük şortumda idi, itirməmək üçün tez-tez ona toxunurdum. Hər şeyi diqqətlə yoxladım və qutu orada idi. Yol boyu tərlədiyimiz üçün bir az yaş idi. Məqsəd onu sonda təqdim etmək idi".

Enn-Sofi yarış zamanı heç nədən şübhələnmədiyini etiraf edib: "Mən bunu gözləyirdim? Qətiyyən yox. Ən böyük sürpriz isə o idi ki, nə uşaqlar, nə də dostlar burada ümumiyyətlə olmamalı idilər. Bu, finişə qədər tam sürpriz oldu".

10 illik münasibətdən sonra təklifi qəbul etməyə tərəddüd etməyib: "Bəli, bu, çoxdan gözlədiyim bir şey idi, buna görə də açıq bir qərar idi".

Qeyd edək ki, təklifin videosu yayımlanıb və bir gündə 6,3 milyon baxış toplayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm