De Bruyne "Siti"dən xain kimi ayrılacaq? - Qvardiola və azarkeşlər narazıdır
Bizi izləyin

İdman

De Bruyne "Siti"dən xain kimi ayrılacaq? - Qvardiola və azarkeşlər narazıdır

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Kevin De Bruynedən narazıdır.

Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinəgörə, 33 yaşlı futbolçu İngiltərə Premyer Liqası klublarından birinə keçməyə hazırdır ki, bu da “şəhərlilər”in baş məşqçisi Qvardiola və azarkeşlər arasında çaşqınlıq yaradıb. Onlar bu qərarı xəyanət hesab edirlər.

Belçikalı futbolçunun özü də bu yaxınlarda verdiyi müsahibədə "Siti"dən ayrıldıqdan sonra İngiltərədə oynamağa davam edib-etməyəcəyini bilmədiyini bildirib.

Bir neçə gün öncə De Bruyne mövsüm bitdikdən sonra Mançester təmsilçisindən ayrılacağını rəsmən elan edib. Ümumilikdə o, komandanın heyətində 413 oyun keçirib, 106 qol vurub və 174 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kevinin xidmətində "Çelsi", "Arsenal", "Mançester Yunayted" və ya "Nyukasl" maraqlıdır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm