Əfsanəvi cütlük boşanır: Görün hansı səbəbdən
Bizi izləyin

İdman

Əfsanəvi cütlük boşanır: Görün hansı səbəbdən

Futbol üzrə Almaniya millisi ilə dünya çempionu olan Bastian Şvaynştayqerin həyatında dəyişiklik baş verib.

Publika.az xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi dünyanın keçmiş bir nömrəsi, serb tennisçi Ana İvanoviçdən boşanır. Cütlük 9 illik evliliyi başa vuracaqlar.

Məlumata görə, Bastian və Ana təxminən iki ay əvvəl bu qərara gəliblər. Səbəb isə Şvaynştaygerin işi ilə əlaqədar evdən kənarda çox vaxt keçirməsidir. O, Münhendə yaşayır. İvanoviç isə daha çox ölkəsi Belqradda qalır.

Cütlüyün üç oğlu var. Bunlar 7 yaşlı Luka, 4 yaşlı Leon və 1 yaşlı Teodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm