Avropa futbolu üçün tarixi hadisə: UEFA İstanbulu seçdi
Bizi izləyin

İdman

Avropa futbolu üçün tarixi hadisə: UEFA İstanbulu seçdi

Aprelin 24-də İstanbulda dünya futbolu üçün əlamətdar hadisə baş verəcək.

Publika.az xəbər verir ki, həmin tarixdə UEFA-nın Türkiyənin ən böyük şəhərində nümayəndəliyi fəaliyyətə başlayacaq. Mərasim ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.

Tədbirlərə 55 ölkə futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl - aprelin 23-də Çırağan sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq.

İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər olacaq.

Yerli mətbuatın məlumatına görə, Türkiyədə tezliklə FİFA-nın ofisi də fəaliyyətə başlaya bilər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm