Türkiyə Superliqasının bombardiri faciəvi şəkildə öldü
Bizi izləyin

İdman

Türkiyə Superliqasının bombardiri faciəvi şəkildə öldü

Türkiyə Superliqasının keçmiş bombardiri Aaron Bupendza faciəvi şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu Çində yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

"Hatayspor"un sabiq forvardının ölümü ilə bağlı Çində cinayət işi açılıb. Hadisə ilə bağlı 3 ehtimal üzərində araşdırma aparılır. Bunlar qəsdən öldürülmə, intihar və ehtiyatsızlıqdır.

Qabonlu futbolçunun bu qış transfer olunduğu "Jejyanq" klubu hadisədən gec xəbər tutub. Bupendza komandanın məşqinə qatılmayıb. Onunla əlaqə saxlamaq cəhdləri uğursuz olub. Yalnız məlumat yayıldıqdan sonra hadisədən xəbər tutublar.

Qeyd edək ki, Bupendza 2020/21 mövsümündə "Hatayspor"da çıxış edib. O, 22 qolla Türkiyə çempionatının bombardiri olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm