UEFA-nın mükafatından imtina etdi: Görün nəyə qəzəblənib - VİDEO
Bizi izləyin

İdman

UEFA-nın mükafatından imtina etdi: Görün nəyə qəzəblənib - VİDEO

Komandasının UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Aston Villa”ya məğlubiyyətindən (2:3) məyus olan PSJ-nin hücumçusu Usman Dembele final fitindən dərhal sonra ona verilən görüşün ən yaxşı oyunçusu mükafatını qəbul etməyib.

Publika.az xəbər verir ki, fransalı futbolçu mükafatı ona təqdim edən UEFA-nın əməkdaşının yanından keçib. Həmin şəxs onun arxasınca getməli olub. Sonda Usman mükafatı qəbul edib və müsahibə verib.

O, komandasının ikinci hissədəki çıxışından narazı qalıb. Eyni zamanda yoldaşlarını özlərindən razı şəkildə çıxış etdiklərinə görə tənqid edib.

Xatırladaq ki, PSJ ev oyununda 3:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən yarımfinala yüksəlib. Fransa təmsilçisinin növbəti rəqibi "Real" - "Arsenal" oyununun (0:3) nəticələrinə görə müəyyənləşəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm