İdman
“Azərreyl” və “Abşeron” finala yüksəldi

Qadın voleybolçuların Yüksək Liqasında finalçılar bəlli olub.
Publika.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal oyunları çərçivəsində “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə, “Abşeron” isə “Gəncə” ilə qarşılaşıb. Günün ilk oyununda “Azerreyl” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.
Gərgin keçən bu matçda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.
Cütün ilk qarşılaşmasında “dəmiryolçular” eyni hesabla qalib gəldiyindən ümumi nəticə bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.
Ardınca meydana “Gəncə” və “Abşeron” çıxıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.
Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə”, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma