Ançelotti "Real"da qala bilər: Bir şərtlə
Bizi izləyin

İdman

Ançelotti "Real"da qala bilər: Bir şərtlə

"Real" UEFA Çempionlar Liqasından kənarlaşdırılmasına rəğmən baş məşqçisi Karlo Ançelottini postunda saxlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

İtaliyalı mütəxəssisin bir neçə gündən sonra klub rəhbərliyi ilə görüşərək mövsümün yekunlarını müzakirə edəcəyi iddia edilir. Qeyd olunur ki, "Real"ın prezidenti Florentino Peres finalda "Barselona"ya qalib gələrək İspaniya kubokunu qazanacağı təqdirdə Ançelottini komandanın "sükanı arxasında" saxlaya bilər.

Peres klub tarixinin ən çox mükafat alan məşqçisi ilə bağlı yekun qərarını hələ verməyib.

Qeyd edək ki, Madrid klubu "Arsenal"a (0:3, 1:2) uduzaraq, ötən mövsüm çempion olduğu yarışla bu dəfə 1/4 finalda vidalaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm