Premyer Liqa: “Qarabağ”-“Neftçi” qarşılaşması baş tutacaq
Bizi izləyin

İdman

Premyer Liqa: “Qarabağ”-“Neftçi” qarşılaşması baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki qarşılaşması baş tutacaq.

Publika.az xəbər verir ki, ilk olaraq “Sabah” “Bank Respublika Arena”da “Səbail”i qəbul edəcək.

Saat 17:30-da start götürəcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.

“Sabah” 4 oyundur uduzmur. “Səbail” son iki qarşılaşmada qol vurmayıb.

Günün ikinci matçında isə derbi oynanılacaq. Saat 20:00-da başlayacaq oyunda “Qarabağ” “Neftçi”ni qonaq edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti FIFA referisi Elçin Məsiyev qoruyacaq.

Komandalar arasında keçirilən son 8 oyunun hamısında “Qarabağ” qələbə qazanıb. 4 matçdır qol vurmayan “Neftçi” 15 görüşdür qalib gəlmir.

Qeyd edək ki, turun açılış matçında “Araz-Naxçıvan” evdə “Turan Tovuz”la heç-heçə edib - 1:1.

Azərbaycan Premyer Liqası
XXXI tur
19 aprel

17:30. "Sabah" – "Səbail"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
Bank Respublika Arena

20:00. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm