Messi və Ronaldodan güclü idi: Tottinin birlikdə oynamaq istədiyi futbolçu kimdir?
Bizi izləyin

İdman

Messi və Ronaldodan güclü idi: Tottinin birlikdə oynamaq istədiyi futbolçu kimdir?

Dünya futbolunun əfsanəsi italiyalı Françesko Totti eyni komandada kiminlə oynamaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Tottinin sözlərini “Il Messaggero” sitat gətirib:

“Fenomen olan Ronaldo ilə oynamaq istərdim. O, Messi və Kriştianodan güclü idi. Bunlar qeyri-adi üç fərqli oyunçudur. Maradonadan sonra Ronaldonu qoyardım. Onlar insan deyildilər”.

Totti bütün karyerasını “Roma”da keçirib, 785 oyun keçirib və İtaliya çempionluğunu, iki İtaliya kubokunu və iki İtaliya Superkubokunu qazanıb. 2006-cı ildə dünya çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm