"Qarabağ" "Neftçi"ni darmadağın etdi
Bizi izləyin

İdman

"Qarabağ" "Neftçi"ni darmadağın etdi

Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40-p.) və Nəriman Axundzadə (41) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm