İdman
Samir Abasov: "Fərdi səhvlər məğlubiyyətə səbəb oldu"

"Qol imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik".
Publika.az xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXXI turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, komandanın çox qol buraxması üzücü məqamdır: "Zədələr də bizə təsir edir. Derbidə qalib gəlmək vacib idi. Azarkeşlərimizi də başa düşürük. Əslində, oyuna yaxşı başlamışdıq. Fərdi səhvlər məğlubiyyətə səbəb oldu".
Mütəxəssis son oyunlarda heyətdə yer almayan Murad Məmmədova gələcək matçlarda şans verəcəyini deyib: "Yaxşı futbolçudur. Sadəcə, müəyyən dönəmdə eniş oldu. İndi öz üzərində işləyir. Biz ona inanırıq. İnşallah, yaxşı olacaq".
Çalışdırıcı avrokuboklara getməyə layiq olduqlarını söyləyib: "Mən gələndən sonra "Qarabağ"la yaxşı oyunumuz olub. Demək olmaz ki, biz Avropaya getməyə layiq deyilik. Ağdam klubu köklü komandadır. Onlara qarşı matçlar çətin keçir".

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək