İdman
"Qarabağ" - "Neftçi" oyununda azarkeş sayına görə mövsümün ikinci göstəricisi qeydə alındı

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.
“Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.

-
ABŞ22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin121:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO
-
ABŞ21:40
Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ
-
Nida Xəbər 21:30
Vüqar Süleymanov vəzifəsindən AZAD EDİLDİ
-
Sosial21:20
Məşhur aparıcının adından pul qazanan şəxs ifşa edildi - FOTO
-
Nida Xəbər 21:10
“Anadolu Ankası- 2025” beynəlxalq təlimi başladı - VİDEO
-
Hadisə20:12
FHN bu il yanğınlar zamanı həlak olanların SAYINI AÇIQLADI