İdman
Papanın Ronaldo ilə bağlı arzusu niyə reallaşmayıb?
.webp?v1747690443)
Roma Papası Fransisk Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun övladlarını vəftiz etmək istəyib.
Publika.az xəbər verir ki, bu barədə teleaparıcı Ruben Paçeko onun ölümü ilə bağlı xüsusi buraxılışda danışıb.
"O, zarafatla dedi ki, artıq bütün portuqaliyalıları qəbul edib və indi etməli olduğu yeganə şey Kriştiano Ronaldo ilə görüşməkdir. Mən ona dedim ki, Ronaldonu onun yanına gətirəcəyəm.
Doloresi (red - Ronaldonun anası) tanıyıram və ona zəng edib dedim: "Papa Fransisk Kriştianonu qəbul etmək istəyir, niyə bu hələ də baş verməyib?" Biz ilk olaraq Dolores və ailəsinin səfərini təşkil etdik. Onlarla birlikdə Ronaldonun səfərini təşkil etməyə çalışdım. O vaxt Krişitiano məşğul idi.
Papa Ronaldonun uşaqlarını vəftiz etmək istəyirdi. O zaman Corcina əkizlərə hamilə idi, uşaqlardan biri öldü və sonra nə baş verdiyini bilmirəm”.
2022-ci ilin aprelində Corcina əkiz uşaqları - bir oğlan və bir qız dünyaya gətirib. Oğlan, həkimlərin səyinə baxmayaraq, doğuşdan az sonra ölüb.
Heybət

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma