Çalhanoğlu A seriyasının ən çox qazananları arasında: Görün maaşı nə qədərdir
Bizi izləyin

İdman

Çalhanoğlu A seriyasının ən çox qazananları arasında: Görün maaşı nə qədərdir

İtaliya A Seriyasında ən yüksək maaş alan futbolçuların reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, siyahıya “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç başçılıq edir. Onun illik məvacibi 22 milyon dollardır.

Argentinalılar Lautaro Martines (“İnter”) və Paulo Dibala (“Roma”) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Martinez 18,93, Dibala isə 14,71 milyon dollardan çox qazanır.

“İlk beşlik”də “İnter”in daha iki futbolçusu var. Bunlar yarımmüdafiəçilər - italyalı Nikolo Barella (13,67 milyon dollar) və türkiyəli Hakan Çalhanoğludur (12,61 milyon dollar).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm