İdman
Papanın dəfninə görə futbol oyunları təxirə salınacaq?
.jpg?v1747427355)
İtaliya A Seriyasının 34-cü turunun 26 aprel, şənbə gününə planlaşdırılan 3 oyunu eyni gündə Vatikanda baş tutacaq Papanın dəfn mərasimi ilə əlaqədar başqa bir tarixə təxirə salına bilər.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Papanın dəfn mərasiminə on minlərlə insanın qatılacağı gözlənilir ki, bu da İtaliya polisini əlavə gərginliyə salır. Hüquq-mühafizə orqanları futbol oyunları zamanı asayişi qorumaq üçün kadr çatışmazlığı ilə üzləşə bilər.
Aprelin 26-da İtaliya çempionatında üç qarşılaşma nəzərdə tutulub: “Komo” – “Cenoa”, “İnter” – “Roma” və “Latsio” – “Parma”. Ən çox ehtimal olunan nəticə isə Romada baş tutacaq son oyunun təxirə salınmasıdır. Çox güman ki, “Latsio” – “Parma” matçı aprelin 28-i bazar ertəsinə təxirə salınacaq.
Maraqlıdır ki, “Latsio” bundan əvvəl A Seriyasına Papanın dəfn mərasimində iştirak etmək istəklərinə görə matçın təxirə salınması ilə bağlı müraciət etmişdi, lakin liqa bu tələbi rədd etmişdi.
Heybət

-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
Nida Xəbər 16 May 18:50
İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - Video
-
Region16 May 16:39
İstanbul görüşü başa çatıb?