İdman
“Mançester Siti”dən vacib qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXIV tura start verilib.
Publika.az xəbər verir ki, açılış oyununda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Mançester Siti" və "Aston Villa" komandaları üz-üzə gəlib. "Etimad" stadionunda keçirilən qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab erkən qolla açılıb. Meydan sahiblərinin heyətində Bernardu Silva 7-ci dəqiqədə komandasını önə keçirib. Cəmi 11 dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Markus Reşford penalti zərbəsini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarı da qarşılıqlı hücumlar şəraitində keçib. Matçda sonuncu qol isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə vurulub. Mateus Nunyeş oyunda son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 61-ə çatdıran "Mançester Siti" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Aston Villa" isə 57 xalla 7-ci sırada qalıb.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma