Emin Mahmudov Fransa ilə oyunun "fatihə"sini indidən oxudu: Yalandan deyək ki...
Bizi izləyin

İdman

Emin Mahmudov Fransa ilə oyunun "fatihə"sini indidən oxudu: Yalandan deyək ki...

Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov "Youtube" platformasında yayımlanan “Podkat” verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyunlardan danışıb. Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib:

“Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”.

Qeyd edək ki, Azərbaycan millisinin Fransa ilə səfər oyunu oktyabrın 10-da Parisdə "Park de Prins" stadionunda keçiriləcək. Noyabrın 16-da ölkəmizdə baş tutacaq qarşılaşmanın məkanı açıqlanmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm