İdman
Məşhur klubun prezidenti kazinonun yanında görüntüləndi - Video

Kiyev “Dinamo”sunun prezidenti İqor Surkis Monakoda istirahət edərkən görüntülənib.
Publika.az xəbər verir ki, Kiyev klubunun sahibi dəbdəbəli kurortda olub və burada Monte-Karlodakı zənginlərin həyatını işıqlandıran “TikTok” bloqçuları tərəfindən lentə alınıb.
Surkis kazinosu olan dəbdəbəli otelə ağ “Mercedes”lə gəlib və burada onu qapıçı mehribanlıqla qarşılayıb. “Dinamo”nun prezidenti əşyalarını götürərək otelə tərəf gedib. Bloger onu milyarder adlandırıb.
“Forbes”in məlumatına görə, 2021-ci ildə Surkis qardaşlarının sərvəti 261 milyon dollara çatıb. Onlar ən zəngin ukraynalıların reytinqində 41-ci yerdədirlər.
Qeyd edək ki, Ukrayna Rusiya ilə müharibə aparır. Milyonlarla ukraynalı qaçqın kimi Avropa ölkələrinə sığınıblar.

-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial22 May 20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin122 May 19:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx22 May 18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?