“Çelsi”nin satışının daxili hekayəsi – Abramoviç ilk dəfə danışdı
Bizi izləyin

İdman

“Çelsi”nin satışının daxili hekayəsi – Abramoviç ilk dəfə danışdı

Rusiyalı iş adamı Roman Abramoviç 2021-ci ildən bəri ilk müsahibəsini verib.

Publika.az xəbər verir ki, Abramoviç müsahibədə başqa şeylərlə yanaşı, “Çelsi”nin satışı haqda da danışıb.

“BBC Sport” xəbər verir ki, Abramoviçin sözləri bu ilin yayında nəşr olunacaq Nik Puruvalın “Sanksiyalar altında: “Çelsi”nin satışının daxili hekayəsi” kitabında dərc olunacaq.

Qeyd olunur ki, müsahibənin birinci hissəsi bir il əvvəl İstanbulda, ikinci hissəsi isə yanvarda Əbu-Dabidə lentə alınıb. Abramoviç müsahibədə “Çelsi”ni satmaqla yanaşı, London klubunu almasından, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında iştirakından, 2022-ci ildə zəhərləndiyi iddiasından da danışıb.

Abramoviç 2003-cü ildən 2022-ci ilə kimi “Çelsi”nin sahibi olub. O, İngiltərənin sanksiyaları altında qalaraq, klubu amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satmaq məcburiyyətində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm