Ən cazibədar qadın futbolçu tənqid olunur: Bu VİDEOSUNA görə - MƏN UTANARDIM
Bizi izləyin

İdman

Ən cazibədar qadın futbolçu tənqid olunur: Bu VİDEOSUNA görə - MƏN UTANARDIM

"Yuventus"un qadınlardan ibarət komandasının ulduz futbolçusu Alişa Lemann sosial şəbəkədə azarkeşlər tərəfindən tənqid olunub.

Publika.az xəbər verir ki, "qoca sinyora" "Milan"ı 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl A Seriyasında çempion olub. Sona 3 tur qalmış komanda ikinci yerdə olan "İnter"i 10 xal qabaqlayır.

Lakin pərəstişkarları isveçrəli qadın futbolçudan narazı qalıb və onu tənqid ediblər. Turin klubuna keçəndən bəri, Lemann "Yuventus"un heyətində 17 oyunda cəmi 2 qol vurub. O, əsasən əvəzetmədən meydana çıxıb. O, sonuncu dəfə ötən ilin noyabrın da "Sassuolo" ilə matçda (2:2) 90 dəqiqə meydanda olub.

Alişa klubun çempionluğunu ən aktiv şəkildə qeyd edən futbolçu olub. Bu isə azarkeşləri qəzəbləndirib. Onlar etirazlarını açıq şəkildə bildiriblər:
- "Alişa niyə öndədir?"
- "O, 17 oyunda cəmi 2 qol vurub, komandanın əsl ulduzu Qirelli haradadır"?
- "Heç bir səbəb və ya ehtiyac olmadan, Alişa Lemann həmişə diqqət mərkəzində olmaq istəyir".
- "Diqqət mərkəzində, baxmayaraq ki, o, bu il "Yuventus"da cəmi 36 dəqiqə oynayıb. Mən utanardım".
- "O, ümumi işə nə töhfə verdi ki, onu bu qədər xoşbəxt etdi?"

Qeyd edək ki, futbol dünyasının ən cazibədar qadın futbolçusu hesab edilən Lemann ötən ilin iyul ayında sevgilisi Duqlas Luis ilə birlikdə "Aston Villa"dan İtaliya nəhənginə transfer edilib. Maraqlıdır ki, fanatlar Alişanın sevgilisinin də kişilərdən ibarət komandadakı çıxışından narazıdırlar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm