"Enfild" möcüzəsi: Azarkeşin külü "Liverpul"a necə qələbə gətirdi? - VİDEO
Bizi izləyin

İdman

"Enfild" möcüzəsi: Azarkeşin külü "Liverpul"a necə qələbə gətirdi? - VİDEO

İngiltərə çempionatının 32-ci turu çərçivəsində keçirilən "Vest Hem"lə matçda qazanılan 2:1 hesablı qələbə "Liverpul"a çempionluq yolunda mühüm addım oldu.

Publika.az xəbər verir ki, üstündən bir müddət keçsə də, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü bu oyunu yenidən gündəmə gətirib. Bu görüşdə "qırmızılar"ın qalibiyyətinə səbəb olan 89-cu dəqiqə ilə bağlı maraqlı hekayə ortaya çıxıb.

Elə insanlar var ki, futbolu o qədər sevirlər ki, ürəklərinə əziz olan klub üçün simvolik bir yerdə əbədiyyətə qovuşmaq istəyirlər. "Liverpul"un şəxsiyyəti açıqlanmayan azarkeşi də bu arzuda olub. O, ölümündən sonra külünün "Liverpul"un məbədi hesab edilən "Enfild Roud"un önündəki Bill Şenklinin heykəlinin üzərinə səpilməsini xahiş edib. Mersisaydlı azarkeşin qızı mərhum atasının istəyini yerinə yetirib.

Külün tozu yerə ikinci dəfə dəyəndə futbol möcüzəsi baş verib. Kapitan Vircil van Deykin "Vest Hem"lə matçın 89-cu dəqiqəsində komandasına qələbə gətirən qolu vurub. Bu da vəfat edən şəxsin ailəsinin sevincinə səbəb olub.

Bir çox "Liverpul" azarkeşi qohumlarından küllərinin "Enfild"də səpilməsini xahiş edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm