Qvardioladan şad xəbər: Onun könlünü aldı
Bizi izləyin

İdman

Qvardioladan şad xəbər: Onun könlünü aldı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra münasibətlərini bərpa etmək qərarına gəliblər.

Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Cütlük Pasxa bayramında bir neçə günü birlikdə keçiriblər. Bundan sonra münasibətlərinə ikinci şans verməyə qərar veriblər.

Qeyd olunur ki, Qvardiola Kristina və qızı Valentinanı görmək üçün klubun ona təqdim edəcəyi şəxsi təyyarə ilə həftədə bir dəfə Mançesterdən Barselonaya uçmağı öhdəsinə götürüb. Məşqçi həyat yoldaşı ilə münasibəti saxlamaq istəyir.

Xatırladaq ki, cütlük bu ilin yanvarında ayrılıb. Buna ispaniyalı mütəxəssisin "Siti" ilə müqaviləsini uzatmaq qərarı olub. Serra Barselonada yaşamaq istədiyindən cütlük ayrılmağa razılaşıb, lakin onlar boşanmaq üçün rəsmi müraciət etməyiblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm