Luçesku və "Neftçi"nin sabiq baş məşqçisi Rusiya nəhənginin dəvətini rədd etdi
Bizi izləyin

İdman

Luçesku və "Neftçi"nin sabiq baş məşqçisi Rusiya nəhənginin dəvətini rədd etdi

"Zenit"in sabiq baş məşqçisi Mirça Luçesku klubun 100 illik yubileyi münasibətilə mayın 25-də keçiriləcək "Əfsanələr" oyununa dəvətdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Yayılan xəbərlərə görə, Sankt-Peterburq klubunun rəhbərliyi digər sabiq məşqçi və futbolçularına dəvət göndərib. Andre Villas-Boaş gələcəyini təsdiqləyib. Eyi zamanda Domeniko Krişito, Danni, Niko Lomberts və Anatoli Timoşuk da oynamağa hazır olduqlarını bildiriblər.

Luçesku ilə yanaşı, "Zenit"in sabiq futbolçuları Xavi Qarsiya və Aksel Vitsel, "Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela və hazırda İtaliya millisini çalışdıran Lusiano Spalletti dəvəti rədd edib. Braziliyalı tanınmış futbolçu Halkın iştirakı isə sual altındadır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm