İdman
"Barselona" "Real"ın sabiq ulduzuna təklif göndərib?

"Real"ın sabiq qapıçısı Keylor Navas maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, kosta-rikalı futbolçu "Barselona"nın payızda zədəli Mark Andre ter Ştegeni əvəzləməsi üçün onun agenti ilə əlaqə saxladığını bildirib:
"Gördüyünüz kimi ağ paltarlıyam. Adım çəkildi, amma həmişə çətin olur. Agentimə zəng edirdilər. Hər gələn təklifi qəbul etmək olar. Futbol bir işdir. Mənim vəziyyətimdə bunda müsbət bir şey gördüm. Əvvəllər rəqibimiz olan komanda məni seçim kimi nəzərdən keçirirdi. Bu, minnətdar olmaq üçün yaxşı məqamdır. Mən bunu iltifat kimi qəbul etdim.
Futbolda belə şeylər ola bilər. Əgər mənə "Barsa" əvəzinə Florentino Peres zəng etsəydi, lazım gələrsə, ora gedərdim”.
38 yaşlı qolkiper hazırda "Nyuells Old Boyz"da çıxış edir. O, 2014-2019-cu illərdə Madrid klubunda çıxış edib. "Real" ilə bir dəfə İspaniya çempionu və superkubokunun qalibi olub. Eyni zamanda dörd dəfə klublararası dünya kuboku, üç dəfə Çempionlar Liqası və 2 dəfə UEFA superkubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Navasdan rədd cavabı alan "Barselona" həmin vaxt Voysyex Şesni ilə müqavilə imzalayıb.
Heybət

-
Qoroskop00:55
Günün qoroskopu: Borc vermək və almaqdan çəkinin!
-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
Nida Xəbər 16 May 18:50
İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - Video