Əfsanəvi forvard xəstəxanaya yerləşdirildi: İstirahətdə olarkən
Bizi izləyin

İdman

Əfsanəvi forvard xəstəxanaya yerləşdirildi: İstirahətdə olarkən

İtaliya millisinin əfsanəvi sabiq hücumçusu Kristian Vieri Maldiv adalarında istirahətdə olarkən xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

Pasxa bayramı üçün Vieri həyat yoldaşı Kostanza Karaççiolo, qızları Stella və İzabelle ilə birlikdə Maldiv adalarına tətilə gedib. İstirahətdə olarkən keçmiş hücumçu kəskin öskürək və sümük ağrıları hiss etməyə başlayıb. Əvvəlcə Kristian simptomlara çox əhəmiyyət verməyib, sadəcə ibuprofen qəbul edib.

Lakin 51 yaşlı Vierinin vəziyyəti sonradan pisləşib və həkimə müraciət etməli olub. Onun sağ ağciyərində problem aşkarlanıb və xəstəxanaya yerləşdirilib, müalicə kursu təyin edilib. Nəticədə gəzintini vaxtından əvvəl dayandırılmalı olub.

Vieri daha çox "İnter", "Latsio" və "Atletiko"dakı çıxışları ilə tanınır. O, dünya çempionatlarında vurulan qolların sayına görə İtaliya millisinin rekordunun həmsahibidir – 9.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm