Əfsanənin 29 illik münasibəti başa çatdı: Boşanırlar - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanənin 29 illik münasibəti başa çatdı: Boşanırlar - FOTOLAR

Portuqaliyalı sabiq futbolçu Luiş Fiqo həyat yoldaşından ayrılıb.

Publika.az xəbər verir ki, o, 1996-cı ildən birlikdə olduğu Helen Svedinlə münasibətə son qoyub. Onlar Fiqo "Barselona"da çıxış edərkən, elə ilk mövsümdə şam yeməyində tanış olublar.

Cütlüyün ümumilikdə üç övladı var. Bildirilir ki, Fiqo hazırda oteldə yaşayır. Onlar tezliklə mülkün bölünməsinə başlayacaqlar.

Helen isveçli modeldir. "H&M"-nin siması olub. "Giorgio Armani"nin, "Kia Motors"un, "Land Rover"in, "L'Oréal"ın, "Nike"-ın , "Schwarzkopf"un reklamlarında çəkilib. GQ, "Elle" və "Marie Claire"in üz qabığında yer alıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm