Tudor Kənanın “qırmızı” alması haqda: Dəsmalın altında gizlənirdi
Bizi izləyin

İdman

Tudor Kənanın “qırmızı” alması haqda: Dəsmalın altında gizlənirdi

“Yuventus”un baş məşqçisi İqor Tudor Kənan Yıldızın qırımızı vərəqə almasına münasibət bildirib.

Publika.az xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisi “Monza” ilə matçın (2:0) birinci hissəsinin sonunda qırmızı vərəqə alıb. Yıldız Alessandro Bianko ilə ikili mübarizə zamanı dirsəyi ilə onun üzünə vurub. Baş hakim Daniele Perenzoni VAR-a baxdıqdan sonra qırmızı vərəqə göstərib.

“O, dəsmalın arxasında gizlənirdi, görünmək istəmirdi. Bu hadisə ona yaxşı dərs verəcək.

Onun hərəkətlərini təhlil etsəniz, görərsiniz ki, o, çəkildi və özünü Biankodan azad etməyə çalışdı. Amma klub onu istənilən halda cəzalndıracaq. “Boloniya” ilə oyundan əvvəl onu, Qatti və vətər problemi olan Kopmeyners itirdik”, – “Yuventus”un baş məşqçisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm