Rudigerdən etiraf: Ağrılar içində oynayırmış
Bizi izləyin

İdman

Rudigerdən etiraf: Ağrılar içində oynayırmış

Bu gün əməliyyat olunan "Real"ın və Almaniya yığmasının müdafiəçisi Antonio Rudiger durumu barədə açıqlama verib.

Publika.az xəbər verir ki, o, son 7 ayda şiddətli ağrılar içində oynamağa məcbur olduğunu bildirib:

"Yeddi aydan çox şiddətli ağrıdan sonra, təəssüf ki, menisküs əməliyyatı etməli olduq. Nəhayət ki, ağrılarımdan qurtulmuşam, əməliyyat uğurla başa çatdı. Həkimlər komandası sayəsində. Mən mümkün qədər tez meydana qayıtmaq istəyirəm. Qarşıda iki böyük turnir var - Millətlər Liqası və klublararası dünya çempionatı. Amma indi mən özümə baxmalı olacam, bir neçə həftədən sonra hər şey bilinəcək".

Qeyd edək ki, 32 yaşlı futbolçu nu gün sol dizindəki yanal menisküsün yırtığını bərpa etmək üçün əməliyyat olunub. “Marca”nın məlumatına görə, Rudiger 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm