İdman
ECA-dan təklif: ÇL-in gəlirlərindən bu klublara pay ayrılacaq?

Avropa Klublar Assosiasiyası (ECA) UEFA turnirlərində maliyyə bərabərsizliyini azaltmaq məqsədilə yeni təşəbbüslə çıxış edib.
Publika.az xəbər verir ki, təşkilat təklif edir ki, Çempionlar Liqası və digər UEFA yarışlarından əldə olunan yayım və reklam gəlirlərinin azı 5%-i bu turnirlərdə iştirak etməyən, lakin orada oynayan futbolçuları karyeralarının əvvəlində yetişdirmiş klublara verilsin.
Hazırkı mövsüm üzrə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi gəliri təxminən 4,44 milyard avro təşkil edəcək. Bu təklifə əsasən, bu məbləğin 5%-i, yəni 220 milyon avro bu məqsəd üçün ayrılacaq.
ECA-nın hesablamalarına görə, bu təşəbbüs çərçivəsində Avropadakı 400 kiçik klubun hər biri təxminən 440 min avro maliyyə vəsaiti əldə edə bilər.
Bu addım həm gənc futbolçuların inkişafına töhfə verən klubların dəstəklənməsi, həm də futbolda iqtisadi balansın qorunması baxımından mühüm dəyişiklik kimi qiymətləndirilir.

-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
-
Region10:24
İrandan nüvə obyektlərinin vurulmasına REAKSİYA