"Barsa"nın ulduzları Levandovski ilə oynamaq istəmirlər: Yerinə namizəd də tapıblar
Bizi izləyin

İdman

"Barsa"nın ulduzları Levandovski ilə oynamaq istəmirlər: Yerinə namizəd də tapıblar

“Barselona”nın ulduz futbolçuları Lamin Yamal və Rafinya artıq polşalı forvard Robert Levandovski ilə hücum üçlüyündə oynamaq istəmirlər.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hər iki futbolçu hesab edir ki, komandanın əsas mərkəz hücumçusu Ferran Torres olmalıdır. Onların fikrincə, Torres ötürmələr üzərində qurulan oyunda daha yaxşı performans göstərir və komanda ilə daha yaxşı anlaşır.

2024/25 mövsümündə Robert Levandovski klub səviyyəsində 49 oyuna çıxaraq 40 qol vurub və 3 məhsuldar ötürmə edib. Ferran Torres isə 45 matçda 19 qol və 7 assistlə yadda qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm