"Arsenal"ın yay transfer planları açıqlandı: İlk dəfə bu qədər pul xərcləyəcəklər
Bizi izləyin

İdman

"Arsenal"ın yay transfer planları açıqlandı: İlk dəfə bu qədər pul xərcləyəcəklər

“Arsenal” uzun illərdən sonra ilk dəfə bir transfer pəncərəsində 100 milyon funt sterlinqdən çox pul xərcləməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, London klubunun hazırda maliyyə durumu çox yaxşıdır. Son dövrlərdə “topçular” çox pul xərcləməyiblər və Premyer Liqanın maliyyə feyr-pley qaydalarına uyğun hərəkət ediblər.

Komandanın ilk transferi “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi olacaq. Klub onun 60 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirəcək. Futbolçu ilə artıq müqavilə şərtlərində razılıq əldə olunub.

“Arsenal” baş məşqçi Mikel Artetanın uzun müddətdir tələb etdiyi mərkəz hücumçunu da transfer edəcək. Hazırda klub konkret ad üzərində qərar verməyib. Namizədlər arasında "Leypsiq"dən Benjamin Şeşko və "Sportinq"dən Viktor Qyökereş var.

Bundan əlavə, London təmsilçisi “Bornmut”un müdafiəçisi Din Heysənə də maraq göstərir. Lakin ispan futbolçu üçün yalnız İngiltərə klubları ilə deyil, həmçinin “Bayern” və “Real”la da rəqabət aparmaq lazım olacaq.

Məlumata görə, Heysənin müqaviləsində 50 milyon funt sterlinqlik sərbəstqalma maddəsi var və əgər bir neçə klub bu bəndi aktivləşdirsə, seçim futbolçunun ixtiyarında olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm