Messini ağır cəzadan görün kim xilas edib - FOTO
Bizi izləyin

İdman

Messini ağır cəzadan görün kim xilas edib - FOTO

“İnter Mayami” MLS-in növbəti turunda “San Xose” ilə 3:3 hesablı heç-heçə oynayıb.

Xavyer Maskeranonun yetirmələri bütün yarışlarda keçirdiyi son altı matçdan yalnız birində qalib gəlib.

Publika.az xəbər verir ki, final fitindən sonra Messi aqressiv şəkildə hakim Co Dikersona şikayətlərini bildirib. Argentinalı hakimə barmağını göstərib, hakim ona sarı vərəqə göstərərək cavab verib.

Bununla belə, Messi dayanmayıb və hətta Dikersona ikinci sarı vərəqə verərək onu meydandan qovması üçün jest edib. Hakim cavab verib: “Səni meydandan qovmağımı istəyirsən? Buranı tərk et”.

“San Xose” komandasının baş məşqçisi Brüs Arena araya girərək argentinalını sakitləşdirməyə çalışıb və onu hakimlərdən uzaqlaşdırıb. Matçdan sonra danışan Arena, final fitindən sonra Messiyə qırmızı vərəqə verilməsinin “gülünc” görünəcəyini açıqlayıb.

“Bəli, bəli, o qıcıqlandı. Və həqiqətən onun qırmızı vərəqə almasını istəmirdim, ona görə də onu kənara çəkməyə çalışdım. Çünki onun matçın sonunda qırmızı vərəqə alması gülünc olardı”, – Arena bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm