Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı: Ançelottinin taleyi necə olacaq?
Bizi izləyin

İdman

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı: Ançelottinin taleyi necə olacaq?

Ançelottini Braziliya yığmasına təyin edən Braziliya Futbol Konfederasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb

Publika.az xəbər verir ki, cümə axşamı Rio-de-Janeyro Dövlət Ali Məhkəməsinin hakimi Ednaldo Rodriguesi Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti vəzifəsindən kənarlaşdırıb. Vitse-prezidentlərdən biri Fernando Sarney təşkilatın rəhbəri vəzifəsini müvəqqəti icra edəcək. Ona ən qısa zamanda yeni seçkilərin təşkili həvalə edilib.

Məhkəmə 2022-ci ilin martında Rodriqesin seçilməsinin legitimliyini təsdiq edən CBF-nin beş rəhbəri tərəfindən imzalanmış və daha əvvəl Ali Məhkəmə tərəfindən təsdiq edilmiş müqaviləni etibarsız sayıb.

Səbəb liderlərdən biri Antonio Carlos Nunez de Limanın əqli çatışmazlığı və mümkün imza saxtakarlığı idi. İmzanın saxta olduğunu göstərən ekspert rəyi də var.

Məhkəmənin qərarından 3 gün əvvəl Ednaldo Rodriges Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm