İdman
Futbol əfsanəsi öldü - FOTO

1990-cı ildə Dünya Kubokunun 1/4 finalına yüksələn ilk Afrika komandası olan Kamerun yığmasının heyətində olan Emmanuel Kunde cümə günü 68 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası (FECAFOOT) məlumat yayıb.
“FECAFOOT Emmanuel Kündenin vəfatını dərin hüznlə elan edir. O, 1990-cı ildə İtaliyada keçirilən Dünya Çempionatında Kamerunun Afrika futbolu tarixində ilk dəfə turnirin 1/4 finalına yüksəldiyi “qızıl nəslin” üzvü idi”, – rəsmi açıqlamada deyilir.
Kunde müdafiəçi kimi çıxış edib. Rusiyalı məşqçi Valeri Nepomnyaşçinin rəhbərliyi altında oynadığı 1990-cı il dünya çempionatından əlavə, 1982-ci ildə İspaniyada Kamerunun debüt turnirində iştirak edib, həmçinin 1984 və 1988-ci illərdə Afrika Kubokunun qalibi olub.
Məhz o, 1988-ci ildə Kasablankada Nigeriyaya qarşı Afrika Kubokunun finalında həlledici penaltini qola çevirmiş, həmçinin 1990-cı ildə İngiltərəyə qarşı dramatik DÇ-nin 1/4 finalında penaltidən qol vurmuşdu (3:2).


-
Rəsmi xronika13:32
Prezident daha bir fərman imzaladı
-
Sosial12:46
Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO
-
Region11:16
Paşinyan Türkiyəyə nəyə gedir? - Bağlı qapılar arxasında müzakirə
-
Dünya10:54
Netanyahu orduya göstəriş verdi: Heç kimin toxunulmazlığı yoxdur, VURUN!
-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü
-
Nida Xəbər 09:12
Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında
-
Magazin106:16
Renka efirdə onun üçün göz yaşı tökdü - VİDEO