İdman
"Araz-Naxçıvan" Konfrans Liqasında

“Araz-Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının cari mövsümündə vaxtından əvvəl UEFA Konfrans Liqasına vəsiqə qazanan ilk klub olub.
Publika.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi buna Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlməklə nail olub.
Yeganə topu 44-cü dəqiqədə Felipe Santos vurub.
Bu, 28 yaşlı yarımmüdafiəçinin çempionatda 10-cu qolu olub. Braziliyalı oyunçu meydanda sonadək qala bilməyib. Santos 61-ci dəqiqədə əzələsini dartdığı üçün əvəzlənməli olub.
Bu qələbə sayəsində xalını 58-ə çatdıran “Araz-Naxçıvan” 3-cü yeri tutub və tarixində ilk dəfə avrokubokda iştirak hüququ qazanıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 4-cü sırada qərarlaşan “Turan Tovuz”dan 6 xal irəlidədir.
Qeyd edək ki, bunadək Azərbaycanı avrokuboklarda “Qarabağ” (UEFA Çempionlar Liqası) və “Zirə”nin təmsil edəcəyi dəqiqləşmişdi. Azərbaycan Kubokunun finalında “Qarabağ” “Sabah”a qalib gəlsə, “qartallar” UEFA Avropa Liqasında, “Turan Tovuz” isə Konfrans Liqasında yarışacaq. “Bayquşlar”ın çempion olacağı təqdirdə, Tovuz təmsilçisi avrokuboklardan kənar, “Sabah” isə UEFA Avropa Liqasında iştirak edəcək.

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO