Ronaldonun karyerası ilə bağlı planı açıqlandı
Bizi izləyin

İdman

Ronaldonun karyerası ilə bağlı planı açıqlandı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, 40 yaşlı forvard daha iki mövsüm oynamağı planlaşdırır.

Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuyla hazırkı müqaviləsi yayda başa çatır. Hazırda Ronaldonun bir neçə klubdan təklifi var və yaxın günlərdə o, harada çıxış edəcəyini müəyyənləşdirəcək.

Bu mövsüm Ronaldo “Əl-Nəsr”ın heyətində 39 oyunda 33 qol vurub və 4 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm