Alonso onu “Real”da görmək istəmir
Bizi izləyin

İdman

Alonso onu “Real”da görmək istəmir

Fransalı sol cinah müdafiəçisi Ferlan Mendi yay transfer dönəmində böyük ehtimalla “Real”ı tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu”nun gələcək baş məşqçisi Xabi Alonso 29 yaşlı futbolçunun oyun üslubunu və bacarıqlarını bəyənmir. Onun öz sisteminə uyğun gəlmədiyini düşünür. Buna görə də Madrid klubunun rəhbərliyi Mendi ilə yolları ayırmaq qərarı verib.

Ferlan Mendi 2024/25 mövsümündə klub səviyyəsində 31 oyunda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb. “Transfermarkt” portalı ikiqat Çempionlar Liqası qalibinin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm